Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan idmançılarının yeni reytinq cədvəli: Hidayət Heydərov ikinci pillədə qərarlaşıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ilk pillədə yer alıb.
Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 450 xalla ikinci, Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (350 xal) isə üçüncüdür.
İlk "10-luq"da qadın atlet Anna Skidan (315 xal), cüdoçu Elcan Hacıyev (300 xal), idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Balabəy Ağayev (280 xal), bədii gimnast Zöhrə Ağamirova (225 xal), cüdoçular Yaşar Nəcəfov və Zelim Tçkayev (hər ikisi 200 xal) yer alıblar.
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan İdman Akademiyasının rebrendinq tədbiri keçirilib
- AWWA kosmetologiya sahəsində əlavə təhsil fəaliyyəti göstərmək üçün rəsmi lisenziya alıb
- Azərbaycanda "sahibsiz" stadion aşkarlandı
- Avarçəkmə üzrə Azərbaycan çempionatında İLK
- Leyla Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən veloyürüşdə iştirak edib