Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan karateçisi İtaliyada bürünc medal qazanıb
Azərbaycan karateçisi Gülay Orucova (59 kq) İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən 13-cü dünya çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Karate Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, millinin üzvü yarışın son günündə Yaponiya karateçisi İnada Naonu məğlub edərək üçüncü yeri tutub.
Qeyd edək ki, turnir 9-13 oktyabrda baş tutub. Karateçinin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.
"Azərbaycan Karate Federasiyası" teqi üzrə xəbərlər
- Elnur İbrahim Azərbaycanın gənclərdən ibarət karate millisinin yeni baş məşqçisi oldu
- Azərbaycan karateçilərinin 2024-cü ildə qazandığı medalların sayı bəlli olub
- Ülvi Quliyev: "Biz Rafael Ağayevə yüksək qiymət veririk"
- Rafael Ağayevin istefasına AKF-dən MÜNASİBƏT: "Karatemizin simasını heç kim itirmək istəməz"
- Azərbaycan karate üzrə beynəlxalq yarışlara ev sahibliyi edəcək
Ən çox oxunanlar