Azərbaycan karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
Bildirilib ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gəlib.
Bununla da Mədinə Sadıqova böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.
Qaynar xətt:
(055) 224 12 12