Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan klublarının Avropa və Konfrans liqalarında yer alacağı səbətlər bəlli olub
2025-2026 mövsümündə Azərbaycanı Avropa Liqası və Konfrans Liqasında təmsil edəcək komandaların püşkatma zamanı yerləşəcəyi səbətlər müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu turnirlərə qatılacaq təmsilçilərimizin hamısı səpələnməmişlərdə yer alacaq. Buna səbəb onların UEFA reytinqinin aşağı olmasıdır.
Belə ki, hazırda dörd komanda avrokuboklara vəsiqə verən üç yer uğrunda mübarizə aparır.
Bunlar "Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz" və "Sabah"dır. Onlardan birincinin Avropa arenasında yer alacağı artıq dəqiqdir. Ancaq "Zirə"nin Avropa Liqası, yoxsa Konfrans Liqasına yollanacağı növbəti turlarda və ölkə kubokunun finalındakı nəticədən asılı olacaq. "Araz-Naxçıvan", "Turan Tovuz" və "Sabah"dan isə biri kənarda qalacaq.
Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"dan savayı digər komandalarımız püşk zamanı zəiflərin arasında olacaq. Bu isə o deməkdir ki, püşk onları daha yüksəkreytinqli komandalara rəqib edəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Karlo Ançelotti rəsmən "Real Madrid"dən ayrıldı
- "Barselona" Lamin Yamalla bağlı yekun qərarını verib
- Andre Onana avrokuboklar tarixində unikal nəticəyə imza atıb
- UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin edən klublar bəlli oldu
- Rəcəb Fərəczadə: "Azərbaycan yığması yarımfinala qədər rahat şəkildə irəliləyə bilər"