“Azərreyl” klubu növbəti transferini rəsmiləşdirib.
Oxu.Az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan milli komandasının voleybolçusu Yuliya Kərimova ilə müqavilə bağlayıb.
Klubdan verilən məlumata görə, son mövsümü İsrailin “Makkabi” (Hayfa) klubunda keçirmiş 35 yaşlı libero ilə bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, Yuliya Kərimova məhz İsraildən gələndən sonra martda Bakıda 14 günlük karantinə alınmışdı.
Bununla da, 2020/2021-ci illər mövsümündə ölkəmizi “Challenge Cup”da təmsil edəcək “Azərreyl”in yeni yarış ili üçün heyətinə qatdığı oyunçuların sayı ikiyə çatıb. Komanda daha öncə slovakiyalı Romana Hudetsova ilə bir illik müqavilə bağlamışdı.
Həmçinin yarımçıq başa çatan mövsüm komandanın tərkibində olmuş sloveniyalı Moytsa Pene ilə yeni müqavilə bağlanılıb. Xorvatiyalı Doris Pişmaxt və seneqallı Mbayanq Sek ilə müqavilələrə isə xitam verilib.
Səbuhi Musayev