Azərbaycan Premyer Liqasının V turunun açılış matçı olan “Sabah” – “Keşlə” matçı nümunəvi addımla yadda qalıb.
Belə ki, “Keşlə” matça “Qarabağ Azərbaycandır!” pankardı ilə çıxıb. Meydan sahibi “Sabah” isə üzərinə “Karabakh is Azerbaijan!” sözü yazılmış forma ilə çıxış edib.
Həmçinin, formanın arxa hissəsində futbolçuların adları yazılmayıb. Əvəzində Naftalanda erməni atəşi ilə öldürülmüş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun ad-soyadı yazılıb.
Səbuhi Musayev