“Zirə” Peşəkar Futbol Klubunun yeni prezidenti məlum olub.
Bununla bağlı klubun “Facebook” hesabında məlumat yerləşdirilib.
Bildirilib ki, Taleh Nəsibov “Zirə” PFK-nın prezidenti təyin edilib.
Qeyd edək ki, Taleh Nəsibovun baş direktoru olduğu “Azfar Group” şirkəti, həm “Zirə” PFK-nın, həm də Azərbaycan Mini Futbol Federasiyasının təsisçisidir.
