“Keşlə” Futbol Klubunun qış hazırlıq planı müəyyənləşib.
Azərbaycan Premyer Liqasının III dövrəsinə və Azərbaycan Kubokunun 1/4 final mərhələsinə hazırlaşan qəsəbə komandası yanvarın 4-də Bakıda məşqlərə start verəcək.
Hazırlıq çərçivəsində “Keşlə” yanvarın 10-da I divizion klubu MOİK, 14-də isə “Neftçi” ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.