Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatacaq.
Oxu.Az xəbər verir ki, günün ilk matçı Bakıda keçiriləcək.
“Araz-Naxçıvan” - “Qəbələ” görüşü saat 16:00-da start götürəcək. Ötən mövsüm bu turnirdə baş tutan yeganə dueldə “qırmızı-qaralar” qələbə qazanıb. “Qəbələ” 1/8 finalda rəqibini 5 cavabsız qolla üstələyib.
Günün ikinci qarşılaşması isə Sumqayıtda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq. Tərəflər ölkə kubokunda 4 dəfə üz-üzə gəliblər. Bunların ikisində “gənclik şəhəri” təmsilçisi, birində “ağ-qaralar” qalib gəlib. Digər matç isə bərabərliklə yekunlaşıb. Topların nisbətində də “Sumqayıt” üstündür - 3:1.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
31 yanvar
16:00. “Araz-Naxçıvan” - “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”
19:00. “Sumqayıt” - “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Kapital Bank Arena”
Qeyd edək ki, ötən gün keçirilən oyunlarda “Zirə” səfərdə “Səbail”i 2:1, “Qarabağ” isə “Sabah”ı 7:1 hesabı ilə məğlub edib.
Rəylər