Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz"la qarşılaşan "Zirə" cütün qalibi olub.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada "qartallar" 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olublar.
Futbol üzrə Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, mərhələnin ilk qarşılaşmasında bu gün "Zirə" "Turan Tovuz"u qəbul edəcək.
Oyun Zirə İdman Kompleksinin stadionunda saat 19:00-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk qarşılaşma "Zirə" klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu mərhələnin digər matçında sabah "Qarabağ" səfərdə "Sabah"la üz-üzə gələcək.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
21 aprel
19:00. "Zirə" - "Turan Tovuz" (ilk oyun 2:0)
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu