Futbol üzrə Azərbaycan Kubokunun 2026/27 mövsümünə bu gün start veriləcək.
Oxu.Az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki matç keçiriləcək.
"Şəki" "Qaradağ Lökbatan"ın, "Ağstafa Gəncləri" "Şəmkir"in qonağı olacaq.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
7 oktyabr
14:30. "Qaradağ Lökbatan" - "Şəki"
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
14:30. "Şəmkir" - "Ağstafa Gəncləri"
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu.
Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.