Futbol üzrə Azərbaycan Kubokunun finalçıları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Keşlə” və “Sumqayıt” ikinci dəfə Azərbaycan Kubokunun finalına çıxıb.
“Sumqayıt” Premyer Liqanın lideri “Qarabağ”la cavab matçında da qolsuz heç-heçə edib. Penaltilər seriyasında 5:4 qalib gələn “Sumqayıt” finala vəsiqə qazanıb.
Qeyd edək ki, "Sumqayıt" – "Keşlə" finalı mayın 24-də Abşeron rayonunun Masazır qəsəbəsində keçiriləcək.
Səbuhi Musayev