Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan - Lüksemburq görüşünü qadın hakim idarə edəcək
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Lüksemburqla keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.
Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Eş-syur Alzett şəhərindəki "Emil Mayriş" stadionunda oynanılacaq görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Dezire Qrundbakerdir. Qadın referiyə Mattias Sbrissa və Giyom Mer kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anozhen Kanaqasinqam yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Şamaxıda təşkil olunacaq Media Kuboku minifutbol turnirinin püşkatma mərasimi keçirilib
- UEFA Azərbaycan klublarının hər birinə 142 min avro ödəniş edib
- Bəxtiyar Musayevə AFFA-da vəzifə verildi
- Türkiyə mediası "Beşiktaş"ın yeni transferinin Azərbaycan millisində oynayan qardaşından yazır
- Azərbaycan millisi Özbəkistan seçməsi ilə üz-üzə
Ən çox oxunanlar