Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan millisi Avropa Superfinalında ikinci oyununu keçirib
Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında keçirdiyi ikinci oyunda məğlubiyyətlə üzləşib.
AFFA-nın saytının yaydığı məlumata görə, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv Rumıniya ilə bacarmayıb.
Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə bitib. Azərbaycan yığmasının qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.
Qeyd edək ki, milli ötən gün Türkiyəni məğlub edib. Sentyabrın 21-də keçiriləcək növbəti oyunda rəqib İsveçrə yığması olacaq.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər