Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən "FIFA Tri Nations Women"s Football Series 2025" turnirindəki ikinci oyununu da qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığmasını 2:1 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıb.
Yığmanın qollarını Sevinc Cəfərzadə (19) və Esra Manya (84) vurublar.
Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.
Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən "FIFA Tri Nations Women"s Football Series 2025" turnirində bu gün ikinci matçına çıxacaq.
Oxu.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığması ilə qarşılaşacaq.
Matç Milli Stadionda Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.