Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Oxu.Az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv İordaniya ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Milli bundan əvvəl AVRO-2024-ün seçmə mərhələsində Belçikaya uduzub - 0:1. İordaniyaya isə yoxlama matçında Norveç darmadağınla qalib gəlib - 0:6.
Yoldaşlıq oyunu
12 sentyabr
20:00 Azərbaycan - İordaniya
“Dalğa Arena”