Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan millisi ilə adı hallanan baş məşqçi Qazaxıstanda təyinat aldı
Stanislav Çerçesov futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
Bu barədə Qazaxıstan Futbol Federasiyasından məlumat verilib.
Xatırladaq ki, daha əvvəl Çerçesova "2+1" sxemi üzrə müqavilə təklif edildiyi bildirilirdi. 60 yaşlı rusiyalı mütəxəssisin son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstanın "Ferentsvaroş" klubu olub.
Stanislav Çerçesov bundan əvvəl Rusiya millisinə rəhbərlik edib. Daha öncə isə Polşanın "Legiya", Moskvanın "Dinamo", "Amkar", "Terek" (indiki "Axmat"), Soçinin "Jemçujina" və "Spartak" klublarında çalışıb.
Qeyd edək ki, 2022-24-cü illərdə Qazaxıstan millisinə Maqomed Adiyev rəhbərlik edib. Bu ilin aprel ayında Adiyev "Axmat"a baş məşqçi təyin olunub, mayda isə rusiyalı mütəxəssis Qazaxıstan millisindən istefa verdiyini açıqlayıb.
Bu il may ayının sonunda isə Çerçesovun Azərbaycan millisinə baş məşqçi təyin olunması ilə bağlı məlumat yayılmış, mütəxəssis xəbəri təkzib etmişdi.
Mənbə: Championat.com
Rəylər