18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunları keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, oktyabrda Daşkənddə təlim-məşq toplanışında olacaq yığmamız yerli komanda ilə iki dəfə qarşılaşacaq.
Oyunlar oktyabrın 9-na və 12-nə planlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan U-20-lər arasında 2027-ci ildəki dünya çempionatına birgə ev sahibliyi etmək üçün FIFA-ya müraciət edib.