Azərbaycan millisi komandası FIFA-nın yeni reytinq cədvəlində bir pillə geriləyib.
Oxu.Az xəbər verir ki, bu barədə dünyanın ali futbol təşkilatının rəsmi saytında məlumat verilib.
Azərbaycan yığması 1 138.96 xalla 127-ci pillədə mövqe tutub.
Reytinq cədvəlinə İspaniya başçılıq edir. Argentina ikinci, Fransa üçüncü sıradadır. Son oyunlarda ardıcıl məğlubiyyətlərlə üzləşən Türkiyə yığması isə dörd pillə geriləyərək, 31-cü yerdə qərarlaşıb.
Qaynar xətt:
(055) 224 12 12