Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Zubanazarla qarşılaşıb.
Rəqibinə qalib gələn Z.Tçkayev qızıl medal uğrunda görüşə vəsiqə qazanıb. O, finalda gürcüstanlı idmançı Tato Qriqaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, A.Zubanazar bürünc medal uğrunda Ömər Rəcəbli ilə üz-üzə gələcək.
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanaraq yarımfinala yüksəlib.
Oxu.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda belçikalı Mattias Kasse ilə qarşılaşıb.
Z.Tçkayev rəqibinə qalib gələrək turnirin yarımfinalına vəsiqə əldə edib.
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə Sloveniyanı təmsil edən Nake Herkoviçə qalib gəlib.
Beləliklə, Ömər Rəcəbli turnirdə bürünc medal uğrunda tatamiyə çıxacaq.
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxacaq.
Oxu.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində serbiyalı Mihaylo Siminə məğlub olub.
Azərbaycan təmsilçisi təsəlliverici görüşdə sloveniyalı Nake Herkoviçlə qarşılaşacaq.
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində qazaxıstanlı Abilayxan Zubanazara cərimə xalları hesabına məğlub olub.
Xatırladaq ki, ondan əvvəl eyni çəki dərəcəsində çıxış edən Zelim Tçkayev və Ömər Rəcəbli rəqiblərini məğlub edərək 1/4 finala yüksəliblər.
Azərbaycan cüdoçusu Zelim Tçkayev də Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşıb.
Rəqibini məğlub edən Z.Tçkayev adını 1/4 finala yazdırıb.
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib.
Oxu.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda özbəkistanlı Murodjon Yuldoşevi məğlub edib.
O, 1/4 finalda serbiyalı idmançı Mixaylo Simin ilə qarşılaşacaq.
Azərbaycan cüdoçusu Hanna Zaytseva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, qadınlar arasında 63 kiloqram çəki dərəcəsində çıxış edən Zaytseva 1/16 final mərhələsində Macarıstan təmsilçisi Anna Kriza ilə qarşılaşıb.
Cüdoçumuz rəqibinə ipponla məğlub olub və turnirdə medal qazana bilməyib.
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində estoniyalı Saad Dikayevi ipponla məğlub edib.
Vüsal Qələndərzadə növbəti mərhələdə Qazaxıstan idmançısı Ablayxan Zubanazar ilə qarşılaşacaq.
Xatırladaq ki, ondan əvvəl eyni çəki dərəcəsində çıxış edən Zelim Tçkayev və Ömər Rəcəbli rəqiblərini məğlub edərək 1/8 finala yüksəliblər.
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Sibqatullah Arabı ipponla məğlub edib.
Ömər Rəcəbli növbəti mərhələdə mübarizəni davam etdirəcək.
Qeyd edək ki, cüdoçumuz növbəti mərhələdə özbəkistanlı Murodjon Yuldoşevlə qarşılaşacaq.
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində moldovalı Viktor Sterpu ilə qarşılaşıb.
Rəqibini ipponla məğlub edən Z.Tçkayev 1/8 finala yüksəlib.
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə dünya çempionatına qələbə ilə start verib.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan millisinin üzvü Vüsal Qələndərzadə tatamiyə çıxıb.
Kişilərin 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovla üz-üzə gəlib.
Vüsal Qələndərzadə rəqibinə ipponla qalib gələrək 1/16 final mərhələsinə yüksəlib. O, bu mərhələdə estoniyalı idmançı Saad Dikajevlə qarşılaşacaq.
Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü gününə start verilir.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin dörd üzvü tatamiyə çıxacaq.
Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) - Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.
Kişilərin 81 kiloqram çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. O, ilk görüşündə Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər. Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) - Viktor Sterpu (Moldova) cütünün, Rəcəbli isə Sibqatullah Arab (IRT) - Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, indiyə qədər mundialda Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.