18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün son oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Gürcüstanla qarşılaşıb.
Dauqavpils şəhərində keçirdiyi əvvəlki 5 matçında Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya 0:3 hesabı ilə məğlub olan yığma bu dəfə də eyni uğursuzluğa düçar olub. Gürcüstan komandası hər üç setdə yığmamızdan güclü olub - 3:0 (25:11, 25:9, 25:12).
11:35
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün sonuncu oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Gürcüstanla qarşılaşacaq.
Dauqavpils şəhərində gerçəkləşəcək matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Azərbaycan millisi buna qədər turnirdə Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya qarşı keçirdiyi görüşlərin hamısında rəqiblərinə 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Rəylər