Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan millisinin baş məşqçisi: "İlk oyunun çətin keçəcəyini əvvəlcədən bilirdim"
"Ev sahibi komanda olduğumuz üçün rəqiblərimiz bizə qarşı daha məsuliyyətli hazırlaşırlar".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatının Bəhreynlə oyunu sonrası jurnalistlərə çaıqlamasında deyib.
Mütəxəssis bərabərliklə başa çatan qarşılaşmanı şərh edib:
"İlk oyunun çətin keçəcəyini əvvəlcədən bilirdim. Ev sahibi komanda olduğumuz üçün rəqiblərimiz bizə qarşı daha məsuliyyətli hazırlaşırlar. Növbəti görüşlərdə uğurlu çıxış edərək, qrupu birinci pillədə başa vurmaq istəyirik. Yığma Avropa çempionu olarkən, turnirdəki ilk görüşümüzdə Rumıniya seçməsinə məğlub olmuşduq. Deməzdim ki, bu gün pis çıxış etdik. Sadəcə bəxtimiz gətirmədi. Qol vurmaq üçün imkanlarımız çox oldu. Təəssüf ki, heç birindən yararlana bilmədik".
Qeyd edək ki, A qrupunun görüşündə Azərbaycan yığması Bəhreynlə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Anar Həsənov
"Azərbaycanın minifutbol millisi" teqi üzrə xəbərlər
- Azərbaycanın minifutbol millisinin dünya çempionu olması münasibətilə konsert keçiriləcək
- Azərbaycan millisinin qapıçısı: "İşimizin öhdəsindən layiqincə gəldik"
- Millimizin üzvü: "Finalda da yalnız qələbə gözləyirik"
- Azərbaycan millisinin baş məşqçisi: "Finala yüksəlmək möhtəşəm duyğudur"
- Minifutbol üzrə Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alınıb