Minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında ilk oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, A qrupunda yer alan Elşad Quliyevin komandası Bəhreynlə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Millimizin heyətində yeganə qolu Mirmehdi Rzayev vurub.
Azərbaycan seçməsi növbəti matçını mayın 23-də Slovakiya seçməsinə qarşı keçirəcək.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov