Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan millisinin futbolçusu Rusiyada turun rəmzi komandasına düşüb
Qadın futbolçular arasında Rusiya Superliqasında 10-cu turun rəmzi komandası açıqlanıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva da 11-likdə yer alıb.
Müdafiəçinin formasını geyindiyi Sankt-Peterburq "Zenit"i 10-cu turda səfərdə "Zvezda-2005"ə 1:0 hesabı ilə qalib gəlib. Həmyerlimiz bu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 23 xala malik "Zenit" 3-cü pillədə qərarlaşıb.
Azərbaycan millisinin futbolçusu Rusiyada turun rəmzi komandasına düşüb

"Qadın futbolu" teqi üzrə xəbərlər
- Həm oyunu, həm gözəlliyi ilə qadın futbolumuzun əsas ulduzu
- Azərbaycan millisinin yekun heyəti açıqlandı
- İngiltərədə transgenderlərə qadın futbol komandalarının oyunlarında iştirak etmək qadağan olunacaq
- UEFA Millətlər Liqası: Azərbaycan yığması Monteneqro ilə oyunda qələbəni əldən verdi
- Qadın millimiz Maltaya da məğlub oldu
Ən çox oxunanlar