Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan millisinin görüşünə təyinat almış hakim dörd dəfə "Qarabağ"ın oyununu idarə edib
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Divizionunda Estoniya yığması ilə keçirəcəyi V tur oyununun hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Con Biton olacaq. Bu referi daha əvvəl 4 dəfə "Qarabağ"ın avrokubok oyunlarını, bir dəfə Azərbaycanın U-19, bir dəfə isə U-21 yığmasının oyunlarına təyinat alıb. O, sonuncu dəfə Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda "Ayaks"a 0:3 hesabı ilə uduzduğu matçda iş başında olub. 42 yaşlı referi həmin qarşılaşmada "Qarabağ"ın iki futbolçusuna - Julio Romao ilə Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərib.
Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırıb
- UEFA Estoniya Futbol Assosiasiyasını Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələdi
- Fernandu Santuş millinin D liqasına yuvarlanmasında günahı özündə görmür
- Naxçıvan Futbol Federasiyasının prezidenti: "Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox"
- Finlandiya millisinin baş məşqçisi UEFA Millətlər Liqasındakı uğursuzluğa görə istefaya göndərilib
Rəylər