UEFA Millətlər Liqası turnirinin bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatmasının nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu səbəbdən fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlanlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.
Bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub.
S.T.
www.oxu.az