Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində C qrupunda yer alan Azərbaycan yığması Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya komandasını qəbul edəcək.
Oxu.Az-ın məlumatına görə, matçdan əvvəl stadionda yerləşən satış məntəqələrində milli komandanın yeni oyun formasının limitli sayda endirimli satışı olacaq.
AFFA-nın rəsmi Facebook səhifəsində bildirilir ki, formaların qiyməti 68 manat təşkil edəcək.
Xatırladaq ki, Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlayacaq.
S.B.
www.oxu.az