Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Olimpiya Oyunlarında komandamız daha bir medal qazanıb.
Oxu.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Cavad Ağayev Azərbaycanın aktivinə bürünc medal yazdırıb.
Qeyd edək ki, bu, Azərbaycanın ikinci medalıdır. Daha əvvəl Olimpiadanın ilk günündə cüdoçumuz Vüqar Talıbov (66 kq) qızıl medal qazanıb.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər