Azərbaycanın paraatleti Oloxan Musayev Tunisdə təşkil olunan Qran-pridə gümüş medal qazanıb.
Oxu.Az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, paralimpiya çempionu nüvə itələmə yarışında F55 kateqoriyasında 11.64 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Daha əvvəl komandanın digər üzvü Rüfət Rəfiyev F36 kateqoriyasında gümüş medala sahib olub.
Qeyd edək ki, iyunun 19-da başa çatacaq yarışda Azərbaycanı nüvə itələmə növündə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər. Samir Nəbiyev və Ömər Bozbaxov nüvə itələmə ilə yanaşı, disk atma yarışında da qüvvələrini sınayacaqlar.