Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbayacan Premyer Liqası: "Neftçi" səfərdə "Zirə"ni məğlub etdi
Misli Premyer Liqasının XXII turunda "Neftçi" səfərdə "Zirə"yə qalib gəlib.
Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda "ağ-qaralar" 2:1 hesablı qələbəyə sevinib.
Hesabı 88-ci dəqiqədə qonaqlar açıblar. Emin Mahmudov rəqib torunu silkələyib. Meydan sahibləri 90+1-ci dəqiqədə bərabərlik qolunu vurublar. Ruan Renato adını tabloya yazdırıb. Bununa belə, 90+3-cü dəqiqədə fərqlənən Ervin Koffi "Neftçi"nin qələbəsində əsas pay sahibi olub.
"Qartallar" 39 xalla üçüncü sırada yer alıblar. Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə xallarının sayını 24-ə yüksəltməkdə bir pillə irəliləyib və altıncı sıraya yüksəlib.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Kəpəz" matçında isə hesab açılmayıb. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" "Kəpəz" matçı qolsuz bərabərliklə başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə komandalar çox çalışsalar da hesab açılmayıb - 0:0.
Günün digər matçında isə "Zirə" "Neftçi"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun daha iki görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki , "Araz-Naxçıvan" "Kəpəz"i saat 16:00-da, "Zirə" isə "Neftçi"ni saat 19:00-da qəbul edəcək.
Xatırladaq ki, turun digər oyunlarında "Sabah" "Turan Tovuz"u 2:1, "Şamaxı" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura sabah keçiriləcək bir qarşılaşma ilə yekun vurulacaq. "Qarabağ" doğma meydanda "Səbail"i qəbul edəcək.
10 Fevral
Azərbaycan Premyer Liqası
XXII tur
Saat 16:00, "Araz-Naxçıvan" - "Kəpəz";
Saat 19:00, "Zirə" - "Neftçi"
Rəylər