Misli Premyer Liqasının XVIII turunun açılış oyununda "Kəpəz" və "Sumqayıt" komandaları bərabərə qalıblar.
Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.
"Gənclik şəhəri" təmsilçisi 20 xalla altıncı sırada qərarlaşıb. Qərb klubu isə 11 xalla doqquzuncudur.
Tura sabah keçiriləcək "Turan Tovuz" - "Neftçi", "Səbail" - "Zirə", dekabrın 22-də baş tutacaq "Şamaxı" - "Sabah" və "Qarabağ" - "Araz-Naxçıvan" görüşləri ilə yekun vurulacaq.
Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura bir görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək.
Tovuz şəhər stadionunda keçiriləcək görüşə saat 16:00-da start veriləcək.
Qeyd edək ki, turun digər oyunlarında "Turan Tovuz" "Neftçi"ni, "Səbail" "Zirə"ni dekabr ayının 21-də, "Şamaxı" "Sabah"ı, "Qarabağ" isə "Araz-Naxçıvan"ı dekabr ayının 22-də qəbul edəcək.