Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan Premyer Liqası: "Səbail" səfərdə "Sumqayıt"a qalib gəldi
Azərbaycan Premyer Liqasının XIX turunda "Səbail" səfərdə" Sumqayıt"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar iki cavabsız qolla qələbə qazanıblar.
"Dənizçilər"in heyətində Rüfət Abdullazadə (48, 79) dubl müəllifi olub.
20 xala malik "Sumqayıt" altıncıdır. 12 xalı olan "Səbail" isə doqquzuncu sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqasında XIX tur çərçivəsində keçirilən "Zirə" - "Araz-Naxçıvan" görüşü paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, görüşə sürətli hücumlarla başlayan "Zirə" futbolçuları hesabı dördüncü dəqiqədə açıblar. İsmayıl İbrahimli komandasına qələbə qazandıran qolun müəllifi olub.
Qeyd edək ki, turun açılış maçında "Qarabağ" "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.
Bu gün Azərbaycan Premyer Liqasında XIX turun ikinci oyun günündə iki görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Zirə" "Araz-Naxçıvan"la saat 16:00-da, "Sumqayıt" isə "Səbail"lə saat 18:30-da qarşılaşacaq.
Xatırladaq ki, turun ilk oyununda "Qarabağ" "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. "Kəpəz" "Turan Tovuz"la, "Neftçi" isə "Sabah"la üz-üzə gələcək.
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub etdi
- Frank De Bleker etiraf etdi: "Sabah" - "Turan Tovuz" matçında hakim səhvi olub"
- Emin Mahmudov adını "Neftçi"nin tarixinə yazdırdı
- Azərbayacan Premyer Liqası: "Neftçi" səfərdə "Zirə"ni məğlub etdi
- Premyer Liqa: "Sabah" "Turan Tovuz"u üstələdi
Rəylər