Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb
Misli Premyer Liqasında mövsümün yeni məhsuldarlıq rekordu qeydə alınıb.
Oxu.Az xəbər verir ki, VIII turun oyunlarında 19 qol vurulub. Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Bir həftə əvvəl keçirilən görüşlərdə 17 qol vurulmuşdu.
"Qarabağ" - "Sabah" (3:2) və "Araz-Naxçıvan" - "Səbail"(3:2) oyunlarının hərəsində 5, "Şamaxı" - "Turan Tovuz" (2:2) qarşılaşmasında 4, "Zirə" - "Kəpəz" (3:0) matçında 3 qol qeydə alınıb. Ən az top "Neftçi" - "Sumqayıt" (1:1) görüşünə təsadüf edib - 2 qol.
Qeyd edək ki, orta məhsuldarlığın 3,80-ə bərabər olması son üç mövsüm üçün rekordun təkrarıdır. Ötən mövsümün X və XVI turlarında da 19 qol vurulub. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021/22 mövsümünün X turunda təsadüf edilib. Həmin vaxt 4 oyunda məhsuldarlıq 4,25-ə bərabər olub - 17 qol.
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Neftçi"ni, "Səbail" isə "Zirə"ni qəbul edəcək
- Azərbaycan Premyer Liqası: "Kəpəz"-"Sumqayıt" oyununda qalib müəyyənləşmədi
- Azarkeşlər "Qarabağ"ı yenidən ziyana saldılar
- "Qarabağ" ardıcıl dördüncü dəfə qış çempionluğunu elan edib
- Azərbaycan Premyer Liqası: "Qarabağ" "Şamaxı"nı son dəqiqə qolu ilə məğlub etdi
Rəylər