Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan Premyer Liqasında son 16 mövsümün antirekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasının XVI turunda "Zirə"yə 0:4 hesabı ilə uduzan "Kəpəz" 39 qol buraxıb.
Oxu.Az xəbər verir ki, bu göstərici son 16 mövsümün antirekordudur.
2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.
Daha çox qola üzülən sonuncu komandaya 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt "Bakılı" 16 görüşdə 41 dəfə topu qapısında görüb.
Qeyd edək ki, tarixin antirekordu isə 1996/97 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan "Şəmkir"ə məxsusdur.
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- "Kəpəz" 19 illik göstəricisini yenilədi
- Futbol üzrə Azərbaycan çempionatı dünya reytinqində 4 pillə irəliləyib
- Azərbaycan Premyer Liqası: "Səbail" səfərdə "Sumqayıt"a qalib gəldi
- "Eyüpspor" klubunun yarımmüdafiəçisi karyerasını Azərbaycanda davam etdirə bilər
- Azərbaycan Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya qalib gəldi
Ən çox oxunanlar
Rəylər