Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, çempionatda "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz" və "Zirə" komandaları mübarizə aparacaq.
Püşkatmadan sonra I turda üz-üzə gələcək komandalar dəqiqləşib:
Azərbaycan Premyer Liqası
I tur
"Araz-Naxçıvan" - "İmişli"
"Kəpəz" - "Sabah"
"Şamaxı" - "Qarabağ"
"Turan Tovuz" - "Qəbələ"
"Sumqayıt" - Neftçi"
"Zirə" - "Şəfa"
Xatırladaq ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. Ötən mövsüm "Sabah" çempionatın qalibi olub.