Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan Premyer Liqasının dəyəri ötən illərə nisbətən yüksəlib
Azərbaycan Premyer Liqasının dəyəri ötən illərə nisbətən 11.4 faiz artıb.
Oxu.Az "Transfermarkt"a istinadən xəbər verir ki, çempionatda çıxış edən futbolçuların ümumi bazar qiyməti 90.08 milyon avrodan 100.3 milyon avroya (11.4 faiz qalxıb) yüksəlib.
Klublardan yalnız "Neftçi"nin heyətinin qiymətində azalma müşahidə olunur. "Ağ-qaralar"ın oyunçularının ümumi dəyəri 12.03 milyon avrodan 10.55 milyon avroya (-12.3 faiz) düşüb.
Faiz nisbətində (82.6) ən çox artım isə "Şamaxı"da qeydə alınıb. Bölgə təmsilçisinin oyunçularının ümumi dəyəri 3.03 milyon avrodan 5.53 milyon avroya qalxıb.
Azərbaycan Premyer Liqası komandalarının futbolçulara görə bazar dəyəri (milyon avro ilə):
1. "Qarabağ": 22.65 (əvvəlki 20.33) - 12% artım;
2. "Zirə": 12.40 (11.58) - 7.1%;
3. "Sabah": 11.95 (11.75) - 1.7%;
4. "Sumqayıt": 10.95 (10.68) - 2.6%;
5. "Neftçi": 10.55 (12.03) - 12.3% azalma;
6. "Araz-Naxçıvan": 7.75 (5.53) - 40.3% artım;
7. "Turan Tovuz": 7.48 (5.60) - 33.5%;
8. "Kəpəz": 6.13 (5.48) - 11.9%;
9. "Şamaxı": 5.53 (3.03) - 82.6%;
10. "Səbail": 4.93 (4.20) - 17.3%.
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- "Kəpəz" Azərbaycan çempionatları tarixində antirekorda imza atıb
- Azərbaycan Premyer Liqası: Qış transfer pəncərəsində gələn və gedən futbolçular
- Premyer Liqa: "Sabah"-"Sumqayıt" qolsuz bərabərliklə bitdi
- Premyer Liqa: XX tura bir oyunla start veriləcək
- Azərbaycan Premyer Liqasında çıxış edən klubların dəyəri nə qədərdir?
Rəylər