Futbol üzrə Azərbaycan Premyer Liqasının maliyyə dəyəri bəlli olub.
Bu barədə məşhur “transfermarkt” saytı məlumat yayıb.
Səkkiz klubun iştirakı ilə keçirilən və 195 oyunçunun qeydiyyata alındığı Azərbaycan Premyer Liqasının maliyyə dəyəri 52,6 milyon avrodur. Azərbaycan çempionatında ortalama yaş həddi 25,7 yaşdır. Bunların 31,8%-ni əcnəbilər təşkil edir. Hər matça düşən qol sayı isə ikidir.
Bu baxımdan birinci sırada İngiltərə Premyer Liqası gedir. Həmçinin bu ölkənin I divizionu olan Çempionşip də Top-10-da var. İlk “10-luğ”u təqdim edirik:
1. İngiltərə Premyer Liqası – 8,5 milyard avro
2. İspaniya La Liqası – 5,2 milyard avro
3. İtaliya Seriya A-sı – 5 milyard avro
4. Almaniya Bundesliqası – 4,3 milyard avro
5. Fransa Liqa 1-i – 3,2 milyard avro
6-7. Portuqaliya Primeyra Liqası – 1,2 milyard avro
6-7. İngiltərə Çempionşipi – 1,2 milyard avro
8. Braziliya Seriya A-sı – 935,6 milyon avro
9. Rusiya Premyer Liqası – 887,7 milyon avro
10. Niderland Erediviziyası – 844,1 milyon avro
View this post on Instagram"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada silah yoxlanışı zamanı atışma: İki məmur həlak olub
- Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
- Putin ad gününü kiminlə birlikdə keçirib? - Kreml açıqladı - Foto
- Almaniyada puma təşvişi: Sakinlərə xəbərdarlıq edildi
- "AnewZ": "Auqust Hanninqin işi heç bir şəkildə Azərbaycanla əlaqəli deyil" - Video
Digər xəbərlər