Dünən başa çatan Formula 1 üzrə Azərbaycan Qran-Prisində 3-cü yer tutan “William” komandanın kanadalı sürücü Lens Stroll rekorda imza atıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, 18 yaş 239 gün olan kanadalı sürücü bu idman növünün tarixində podiuma çıxan ən gənc Formula-1 debütantı olub.
Əvvəlki rekord Lens Strolldan 19 gün böyük olan və keçən il İspaniya Qran-Prisini qazanan hollandiyalı pilot Maks Verstappenə məxsus idi.
Eyni zamanda, kanadalı idmançı Azərbaycan Qran-Prisinin ən yaxşı sürücüsü nominasiyasında qalib olub.
Qeyd edək ki, dünənki yarışın qalibi “Red Bull” komandasının sürücüsü Daniel Rikardo olub. İkinci yerə “Mercedes”in üzvü Valtteri Bottas çıxıb.
S.B.
www.oxu.az