DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyununa satılan biletlərin sayı açıqlanıb.
Oxu.Az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, artıq 15.800 bilet satılıb.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 4 və 5 manat təşkil edir. VIP sektordakı yerlərin qiyməti isə 25 manatdır.
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
A.M.