Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandasının üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov bürünc medala layiq görülüb.
Oxu.Az xəbər verir ki, Q.Maqomedov medala gedən yolda Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.