Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan və Türkiyənin veteran futbolçuları arasında yoldaşlıq görüşü keçirilib
Azərbaycan və Türkiyənin veteran futbolçuları arasında yoldaşlıq matçı keçirilib.
Oxu.Az xəbər verir ki, görüş köhnə "Neftçi" baza, indiki adı ilə Cüdo Federasiyasının Təlim Mərkəzində baş tutub.
14 qolun qeydə alındığı görüş təmsilçilərimiz 8:6 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində Tərlan Əhmədovla Mahmud Qurbanov dubl edibsə, Alim Qurbanov, Zaur Ramazanov, Xəyal Mustafayev və Hüseyn Məhəmmədov hərəyə bir dəfə fərqləniblər.
"Ay-ulduzlular"ın qollarına isə Tayfun Sülün, Ali Palabıyık (hərəyə 2 top), Mehmet Yiğit və Recep Çalak imza atıblar.
"Neftçi PFK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar