Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mikayıl Cabbarov Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:
"Ölkəmizlə Bankın birgə fəaliyyətinin uğurlu nəticələrini vurğuladıq. Tərəfdaşlığın şaxələndirilməsi, dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin icrası və regionun inkişafına yönəlmiş təşəbbüslərin reallaşdırılması barədə müzakirələr apardıq".
İslam İnkişaf Bankı Qrupunun (@isdb_group) sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə Bankın birgə fəaliyyətinin uğurlu nəticələrini vurğuladıq. Tərəfdaşlığın şaxələndirilməsi, dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin icrası və… pic.twitter.com/wiuvMwYmI3
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 22, 2025