Bu gün AVRO-2016-nın seçmə mərhələsində IV turun oyunlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, son matç günündə Azərbaycan millisi də meydana çıxıb.
Yığmamız 2014-cü ildə son qarşılaşmasında Norveçlə münasibətlərinə aydınlıq gətirib. Uğursuz nəticələr üzündən millini tərk edən almaniyalı Berti Foqtsun istefasından sonra ilk dəfə rəsmi matça komandamızı Mahmud Qurbanov çıxarıb.
“Bakcell Arena”da baş tutan görüşə qonaqlar yaxşı başlayıb. 25-ci dəqiqədə Havard Nortveyt Norveçi hesabda irəli çıxarıb.
Fasiləyə məğlub yollanan komandamız 2-ci hissədə oyunda dönüş yaratmağı bacarmayıb. Çoxsaylı hücumlara baxmayaraq, futbolçularımız hesabı dəyişə bilməyiblər. Matç 0:1 hesabı ilə Norveç yığmasının xeyrinə tamamlanıb.
Beləliklə, millimiz meydana çıxdığı 4-cü oyununda da məğlub oldu.
11:13
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxır.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki dördüncü oyununda Norveçi qəbul edəcək.
İlk üç oyununda ardıcıl məğlubiyyətlərlə üzləşmiş futbolçularımız müvəqqəti baş məşqçi Mahmud Qurbanovun rəhbərliyi altında sürprizə imza atmağa çalışacaq.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
16 noyabr
21:00. Azərbaycan - Norveç
Hakimlər: Yevgeni Aranovski, Aleksandr Voytyuk, Semen Şlonxak, Sergey Bekker.
Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abdula (hamısı Ukrayna).
Bakı. “Bakcell Arena”.