Azərbaycanın gənclərdən ibarət futbol üzrə yığması (U-16) Bakıda UEFA turnirində birinci yeri tutub.
Oxu.Az xəbər verir ki, yekun matçda komandamız Yunanıstana 3:0 hesabı ilə qalib gəlib. İki qolu Fərid Nəbiyev, birini isə Cavidan Qasımlı vurub.
İlk iki turun oyunlarında Azərbaycan Qazaxıstanı 4:0 və Gürcüstanı 2:1 hesabı ilə məğlub edib.
9 xal toplayan Azərbaycan yığması 1-ci yeri tutaraq turnirin qalibi olub. Aprelin 16-da qızlar arasında analoji yarış başlayacaq.
F.H.
www.oxu.az