Azərbaycan voleybol sevərlərinə yaxşı tanış olan, ölkəmizin yığmasında oynayan Viktoriya Ravva karyerasına son qoyub.
Oxu.Az xəbər verir ki, Viktoriya böyük voleyboldan öz komandasını – fransız “Kann”ını – ölkənin ən güclü klub tituluna çatdırdıqdan sonra gedir.
Ravva 1975-ci ildə oktyabrın 31-də Tbilisidə dünyaya gəlib. 90-cı illərin əvvəllərində o, Bakının BMKZ (Bakı Məişət Kondisionerləri Zavodu) klubunda və Azərbaycan yığmasında oynayıb. Milli komandamız üçün 1994-cü ildə Braziliyada oynayıb.
1993-cü ildə Viktoriya Türkiyənin “Vakıfbankı”da, 1995-ci ildə isə fransız “Kann” klubunda oynayıb, və karyerasının sonuna qədər bu kluba sadiq qalıb. Daha sonra Ravva Fransa vətəndaşlığı alıb və bu ölkənin yığmasında oynayıb.
Sizə Viktoriya Ravvanın voleybol meydançasında və meydançadan kənarda çəkilən fotolarını təqdim edirik: