“Biz Azərbaycanda kaytserfinq idman növünün populyaşdırılması üçün beynəlxalq yarışların keçirilməsini müzakirə edirik”.
Oxu.Az xəbər verir ki, bunu Şuraabad Kaytserfinq Mərkəzinin rəhbəri Maks Fraydebeqq jurnalistlərə açıqlamasında bildirib.
M.Fraydebeqqin sözlərinə görə, Azərbaycanda yerli əhali bu idman növünə maraq göstərir.
“Lakin biz Azərbaycanda kaytserfinqin daha populyaşdırması üçün müəyyən addımlar atmağı planlaşdırırıq. Misal üçün bu günlərdə biz kaytserfinq üzrə “King of the Air” beynəlxalq yarışmanın qalibi Ruben Lenteni Azərbaycana dəvət etmişik”.
O bildirib ki, mərkəz 5 ilə yaxın fəaliyyət göstərir:
“İstənilən şəxs öz avadanlığı ilə buraya gəlib kaytserfinqlə məşğul olar bilər. Bunun üçün sadəcə öncədən mərkəzə zəng olunmalıdır. Əsas məsələ havanın küləkli olmasıdır. Bakıdan Şuraabad Kaytserfinq Mərkəzinə 45 dəqiqəyə çatıb, bu idmanla məşğul olmaq mümkündür”.
Elvin Əhmədov