AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov Misli Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti paylaşım edib.

O, ümumilikdə, beş matçda qeydə alınan beş epizodla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis baş hakim Kamal Umudlunun "İmişli" - "Sabah", Əliyar Ağayevin isə "Sumqayıt" - "İmişli" matçında təyin etdikləri penaltinin yanlış olduğunu vurğulayıb.
Azərbaycanda iki futbol oyununda yanlış penalti qərarları verilib