Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda keçiriləcək III MDB Oyunlarınının rəsmi saytı təqdim olunub
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının rəsmi saytı təqdim olunub.
Oxu.Az xəbər verir ki, bu barədə mətbuat konfransında bildirilib.
www.cisgames2025.com saytında tədbirlə bağlı hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı və başqa məsələlərlə bağlı son yenilikləri əldə etmək mümkün olacaq.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.
Anar Həsənov
"III MDB Oyunları" teqi üzrə xəbərlər
- Gəncə şəhər stadionunda tikinti işləri nə zaman başa çatacaq?
- Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirak edəcək?
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
- III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibi dəyişdi