Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanla Çin beynəlxalq multimodal daşımalarla bağlı razılığa gəliblər
Azərbaycanla Çin arasında beynəlxalq multimodal daşımalarla bağlı razılaşma əldə olunub.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində gerçəkləşib.
Belə ki, aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
Mərasimdə digər sənədlərlə yanaşı, "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Bir kəmər, bir yol" təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı"nı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Cen Şancye imzalayıblar.
Həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş"i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey imzalayıblar.
"İlham Əliyevin Çin səfəri" teqi üzrə xəbərlər
- Xronika: Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin həlledici ölkəsinə çevrilib
- Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
- İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
- Prezident İlham Əliyev sosial şəbəkə hesabında Çin səfəri ilə bağlı paylaşım edib
- Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb