Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda üç nəfəri qətlə yetirən şəxs cəzasını ömürlük çəkəcək - QƏRAR
Ali Məhkəmədə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Nofəl Səfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.
Qeyd edək ki, hadisə 2022-сi il noyabrın 29-da Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Həmin gün saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu - 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı - 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi - 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.
Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Özündən 15 yaş kiçik tanışını öldürdü
- Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsirlərə işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
- Azərbaycanda nazirlik işçisinə 14 bıçaq zərbəsi vuruldu
- Atasının başını kəsən oğul cəzadan azad edildi
- Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: "Mərmi düşməsi nəticəsində sağ dizimdən xəsarətlər aldım"